Ramin Məmmədov Astarada vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Astara rayonunda vətəndaşları qəbul edib. SİA xəbər verir ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin Astara şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.

Qəbul zamanı Lənkəran, Lerik və Astara rayonlarından olan vətəndaşlar İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı və rotasiyası, məscidin dini ədəbiyyatla təmin olunması, müqəddəs kitabları öyrənmə (Quran) kurslarının yaradılması, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə