Mənzillərin sığorta prinspləri necədir? - EKSPERT AÇIQLADI

"Ümumiyyətlə icbari sığorta ilə bağlı mexaizmlər mən hesab edirəm ki, hələ qənaət bəxş deyil. İcra olunan əməliyyatlarda sığortaya cəlb olunma faizi artsada, bütövlükdə icbari sığortaya müraciət edənlərin yəni könüllü müraciət edənlərin hesab edirəm ki, sayında azalmalar var". Bu sözləri daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyib.

Onun sözlərinə görə, bu azalmaların əsas iki ciddi səbəbləri var: "Birinci səbəb ondan ibarətdir ki, sığorta məbləğlərinin mövcud vəziyyətə adekvat olmaması, ikincisi və ən mühüm səbəb isə ondan ibarətdir ki, hesab edirəm sığorta şirkətlərinə və icbari sığortaya etimadın aşağı olması ilə bağlıdır. Bizim müxtəlif zamanlarda məsələ ilə bağlı təkliflərimiz olubdur ki, diferensasiya tətbiq olunmalıdır. İcbari sığorta istiqamətində nəzarət gücləndirilməlidir. Tətbiq üçün zəruri olan bütün addımlar öz həllini tapmalıdır. Amma təəssüflər olsun ki, bu problemlər hələ də, qalmaqdadır. Məsələn mən özüm bu sahəni müəyyən qədər bilsəm də, mən özüm icbari sığortadan əziyyət çəkmiş bir şəxsəm. Təəssüf ki, bunu edənlər ölkənin lider sığorta şirkətlərindən biri olan şirkətdir. Onlar özlərini bu bazarda lider hesab edirlər. Əgər liderlər bu sahə üzrə vətəndaşların hüquqlarını pozurlarsa, hesab edirəm ki, lider olmayan şirkətlər bütövlükdə vətəndaşların sığortaya cəlb olunmasında problem yaşayacaqlar. Ona görə bütün addımlar və bütün hərəkətlər adekvat olunmalıdır".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə