"Bayramlar insanların həyatında müstəsna əhəmiyyəti olan hadisədir" - SOSİOLOQ ŞƏRH ETDİ
"Bayramlar insanların həyatında müstəsna əhəmiyyəti olan bir hadisədir. O, hadisələr müxtəlif tarixi dövrlərdə xalqların, millətlərin, insanların psixoloji iqliminə, əhval ruhiyyəsinə, onların həmrəyliyinə töhfə verən bir hadisədir". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.
Onun sözlərinə görə, bayramların məhz sosial konteksdən faydasını qeyd etməliyik. "Çünki, məhz belə bayramlar vasitəsi ilə insanların əlaqələri sıxlaşır, sosiallaşır və həmrəy olurlar. Aralarındakı küslükləri aradan götürürlər. Bir-biri ilə ünsiyyət qururlar və gələcəyə ümidlə baxırlar. Çünki, bayramlarında xarakterinə baxanda görürük ki, bu bayramlar həm də, təbiətlə cəmiyyətin harmoniyasını ifadə edir. Novruz bayramının özü də təbiətin cəmiyyətə, cəmiyyətin təbiətə münasibətlərini təzahür etdirir və mövsümi bayram xarakteri kəsb edir. Təbiətin insanda, cəmiyyətdə, toplumda yaratdığı nəsnələri özündə ehtiva edir. Əlbəttə ki, belə bayramlarla bağlı fərqli fikirlər var. Bu Novruz bayramı əslində bir neçə xalqın, toplumun ortaq bayramlarıdır. Bu bayram məhz mövsümi bayram olduğuna görə, təbiət hadisəsinə münasibət olduğuna görə, fərqli-fərqli xalqlar bunu məhz öz bayramları sayır. Ümumiyyətlə bu bəşəri bayramdır. Cəmiyyət hadisəsidir, bəşəri hadisədir. Çünki təbiətdə baş verən dəyişiklərin insanlar tərəfindən reaksiyasını, insan həyatında rolunu ifadə edir. Bu bayramların qeyd olunması nəyə görə getdikcə azalmağa başlayır? Bu bayramlar əvvəllər qeyd olunanda insanlar daha çox aqrar işlərlə məşğul idi, daha çox kənd təsərrüfatı işləri ilə məşğul idilər. Bu bayramda daha çox torpaq və səma hadisəsidir. Sənayeləşmə və şəhərləşmə artıq sürətlə həyatımıza daxil olub və şübhəsiz ki, bu bayramlara da öz təsirini göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə