Bakıda və Abşeron yarımadasında fevralın 23-dən 24-nə keçən gecə havanın minimal temperaturu 3-5 dərəcə şaxta, 24-dən 25-nə keçən gecə isə 6-8 dərəcə şaxta olacaq. Hava şəraiti ilə əlaqədar SİA Bakı metropoliteni, Bakı Beynəlxalq Avtovağzalı və Dövlət Dəniz və Liman Agentliyinin ictimaiyyətlə əlaqələr xidmətindən iş rejimi ilə əlaqədar məlumat alıb.
Dövlət Dəniz və Liman Agentliyinin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Pərvanə İmanova: "Dövlət Dəniz və Liman Agentliyinin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Pərvanə İmanovanın sözlərinə əsasən, hazırda Xəzər Dəniz Akvatoriyasında şimal-qərb, şimal küləyinin sürəti 15-18 m/s, arabir 20-23 m/s, dalğanın hündürlüyü isə 1.5-2.5 metrdir".
Bakı Beynəlxalq Avtovağzal Kompleksi: "Avtobuslar adi qrafik və sxem üzrə fəaliyyətini davam etdirir. Hazırda bütün marşrutlar üzrə sərnişin tələbatına uyğun olaraq daşımalar həyata keçirilir. Xətlərə lazımi sayda avtobus buraxılıb.
Bəzi istiqamətlərdə, xüsusən də paytaxtın qəsəbələrarası yolların buzlaşması ilə əlaqədar avtobusların hərəkətində çətinliklər var. Sürət həddi mövcud şəraitə uyğun tənzimləndiyi üçün avtobuslararası intervallarda artım müşahidə edilə bilər. Sərnişinlərdən müvəqqəti çətinlikləri anlayışla qəbul etmələri, təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.
Bölgələrdə sərnişindaşıma adi rejimdə davam etdirilir. Təhlükəsizlik səbəbi ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Naxçıvan, Laçın, İsmayıllı və Qəbələ istiqamətlərində reyslər təxirə salınıb. Qusar istiqamətində isə reyslər Qubayadək həyata keçirilir. Bu istiqamətlərdə reyslərin bərpası haqqında ictimaiyyətə əlavə məlumat veriləcək".
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov: "Hava şəraiti ilə əlaqədar Bakı metropolitenində heç bir dəyişiklik olmayacaq. Gecləndirilmiş iş rejimi davam edir. Stansiyalara, depo infrastrukturuna, hərəkət qrafiki üzrə qatarların hərəkətinə ciddi nəzarət var".
Bütün xəbərlər Facebook səhifəmizdə