Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova fevralın 18-də ölkə ərazisində müşahidə olunan hava şəraiti ilə bağlı SİA-ya məlumat verib.
Qurum rəsmisi bildirib ki, fevralın 18-də Bakıda və Abşeron yarmadasında hava şəraitinin dəyişkən buludlu olacağı və arabir tutulacağı gözlənilir: "Səhər bəzi yerlərdə çiskin olacaq, axşama doğru isə ara-bir yağış yağacağı ehtimal olunur. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal tempuraturu 5-7 dərəcə isti olacaq. Bölgələrdə də əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılıb. Bəzi şərq rayonlarında arabir yağıntının olacağı, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək, havanın maksimal tempuratırı 7-12, dağlıq ərazilərdə isə 3 dərəcə şaxtadan, 2 dərəcəyədək isti olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə