2024-cü ilin iyunundan Beynəlxalq Kosmik Stansiyada (BKS) gözləyən ABŞ astronavtları Sani Vilyams və Baç Vilmorun qayıdışları tezləşdirilə bilər. SİA xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
Bir həftəlik missiya üçün göndərilən astronavtlar kosmik gəmidəki nasazlığa görə hələ də Yerə qayıda bilmirlər. Bir ay əvvəl onların qayıdışı aprelə nəzərdə tutulmuşdu. NASA-nın son açıqlamasına görə, qayıdış martın ortalarında baş tuta bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə