Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
2. "20 Yanvar" dairəsində;
3. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
5. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
6. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;
7. Koroğlu Rəhimov küçəsi, ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
8. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
9. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə