Mükəmməlliyyətçilik psixologiyamıza necə təsir edir - Psixoloq bildirdi
“Mükəmməlliyyətçilik ilə mübarizə aparan insanlar, qarşılarında uğursuz olma ehtimalı yaranarsa, irəliləməyin qeyri-mümkün olduğunu düşünürlər. Ola bilsin ki, siz bir layihə üzərində işləyirsiniz və bunun necə olmasını istədiyiniz barədə müəyyən təsəvvürünüz var. Beyninizdə onun necə görünməsi və yerinə yetirilməsi lazım olduğunu dəqiq bilirsiniz”. Bu fikirləri SİA-ya Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib. Onun sözlərinə görə, bu layihəni hazırlamaq üçün oturduğunuz zaman görə bilərsiniz ki, bu ideallaşdırılmış görüntüdən kənara çıxa biləcək bir çox yol var. Bu cür vəziyyət bir az gərgin situasiya olmaqdan başqa ciddi nəticələri olmaya bilər, lakin bu mükəmməl olmaq istəyi işdə və ya digər qrup mühitində işləri görmək qabiliyyətinizə mane olarsa necə? Davamlı olaraq başladıqları hər şeyi yenidən etməkdə israr etsəniz, insanlar sizdən bezə bilər. Psixoloqlara görə, “Mükəmməlliyyətçilik “qüsursuz olmaq”dan başqa hər hansı bir şeyi qəbul etməkdən imtina etmək kimi müəyyən edilir: “Mükəmməlliyyətçiliyin dörd aspekti var: 1) Səhv etmək barədə “həddindən artıq” narahatlıq, 2) Yüksək daxili standartlar, 3) Dəqiqliyə yersiz vurğu və 4) Öz hərəkətləri ilə bağlı şübhələr. Mükəmməlliyyətçiliyin terapiyasında “məcburi səhvlər etmək” ideyası özünü çox doğruldr. Bilərəkdən səhvlər etmək həm də qorxunu birbaşa azaltmağa kömək edir. Terapiyaya gələn şəxslər üçün tipik koqnitiv-davranış terapiyasında, psixoloq şəxsə mürəkkəb situasiyaların onların inandıqları qədər fəlakətli olmadığını başa düşməsinə kömək etmək üçün qəsdən səhvlərdən istifadə edərək əks yanaşma tətbiq edə bilər ki, bu da öz növbəsində səhvlər etmək texnikasının uğurlu ola bilməsinə zəmin yaradar”, - deyə psixoloq Yeganə Əsgərova qeyd edib.
Afət Tahirqızı
Bütün xəbərlər Facebook səhifəmizdə