Uzun illərdən sonra ilk dəfə olaraq Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 nömrəli orta məktəb və Xocalı rayonu 1 saylı orta məktəbdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası rəsmiləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər təhsil işcilərini və şagirdləri hər iki bayram münasibətilə təbrik edərək, dövlətin gənclərə, yeniyetmələrə və təhsilə göstərdiyi diqqət və qayğısından danışıblar. Bildirilib ki, Böyük Qayıdış dövlət proqramı çərcivəsində işğaldan azad edilmiş torpaqlarımızda böyük tikinti quruculuq işləri aparılır, yeni təhsil ocaqları tikilir. Keçmiş məcburi köckünlər mərhələli şəkildə öz ata-baba torpaqlarına qayıdır.
Sonda Həmkarlar İttifaqı Konfederasiyasının təşəbbüsü ilə təşkil olunan bayram sovqatları, hər iki məktəbdə təhsil alan şagirdlərə təqdim olunub. Ağdərə rayonu Talış kənd tam orta məktəbində və məktəbəqədər təhsil alan uşaqlara da bayram günü ərəfəsində bu sevinci yaşayıblar. Xocali rayonunda isə təkcə məktəblərdə deyil, rayonda yaşayan uşaqlara da yeni il hədiyyələri paylanıb. Bu sevinci uşaqlara Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri Səriyyə Müslümqızı və "Azadoğlu" MMC yaşadıb.
Bütün xəbərlər Facebook səhifəmizdə