Ən təhlükəsiz nəqliyyat vasitəsi hansıdır? - MÜNASİBƏT BİLDİRİLDİ

"İnsanların kütləvi şəkildə daşınmasının, bəlkə də, ən böyük problemlərindən biri də insan riskinin aşağı salınmasıdır". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib.

O bildirib ki, qatarla toqquşmada da böyük fəsadlar ola bilər, avtobusla sərnişin daşımada da, təyyarə ilə uçuşda da böyük fəsadlar ola bilər: "Ona görə də, burada qəzadan sığortalanma yox, daha çox risklərin aşağı salınması və təhlükə zamanı insanların daha çox sağ qalmasından söhbət gedə bilər.

İndi təyyarə qəzasının motivləri gedir. Burada təbii və digər yollarla qəzadan söhbət getmir. Araşdırma aparıldığı, istintaq getdiyi üçün bəzi məlumatları biz kütləvi informasiya vasitələrindən və sosial şəbəkələrdən əldə edirik. Mövcud əldə etdiyimiz məlumatlara əsasən hal-hazırda vəziyyət quş sürüsündən, dumandan ibarət deyil. Ona görə də, araşdırma gedir.

Buradan belə aydın olur ki, xüsusi olaraq şəxsi nəqliyyat vasitələrindən istifadə daha az tələfata yol aça bilir, daha az insan dünyasını dəyişə bilər. Nəqliyyat vasitəsində neçə nəfər varsa, o sayda insanın dünyasını dəyişmə, yaxud sağ qalma ehtimalı var. Amma böyük şəkildə olarsa, risk də çox olar. Şəxsi avtomobillərlə hərəkət etmək, o cümlədən avtobuslarla hərəkət etmək daha məqsədəuyğun olar, nəinki iri həcmli nəqliyyat vasitələri ilə daşınma. Bu da ümumi olaraq riski artıra bilər.

Daşınmanın bir növü də var ki, bu, gəmi ilə sərnişin daşımadır. Gəmi ilə sərnişin daşımada isə əsas çətinliklərdən birincisi insanların uzun vaxt sərf etməsi, suda qala bilmələridir. Qəza anında belə daha çox fəsad ola bilər. Bunun üçün bu və digər formada hadisələrin axarını gözləmək olar".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə