Təyyarə qəzaları insan psixologiyasında NƏLƏRƏ SƏBƏB OLUR? - PSİXOLOQ AÇIQLADI

“Təyyarə qəzası kimi ağır hadisələr insanların psixologiyasında dərin izlər buraxa bilər. Bu cür travmatik hadisələr insanda əsasən posttravmatik stress pozuntusu yarada bilər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.

Onun sözlərinə görə, belə hallarda müşahidə olunan əsas psixoloji təsirlər bunlardır:

1.Qəza zamanı yaşanan qorxu hissi uzun müddət yadda qalır və xüsusilə uçuşlardan qorxu kimi fobiyalar yarana bilər.

2. Qəza ilə bağlı görüntülər insanın beynində təkrar-təkrar canlanır, bu isə onun gündəlik həyatına mənfi təsir göstərir.

3. Yuxuya getməkdə çətinlik, tez-tez oyanmaq və ya kabuslar görmək kimi problemlər müşahidə olunur.

4. Günahkarlıq hissi – “Sağ qaldım, amma başqaları həyatını itirdi” düşüncəsi ilə yaranan emosional yük.

5. İnsanlar özlərini sosial əlaqələrdən uzaqlaşdıraraq təkliyə çəkilməyə meylli ola bilərlər.

Travma ilə mübarizədə vaxtında göstərilən psixoloji yardım çox böyük əhəmiyyət daşıyır. Belə hallarda istifadə edilə bilən metodlar bunlardır:

- Fərdi terapiya – Psixoloqla fərdi seanslar vasitəsilə şəxsin emosional vəziyyəti stabilləşdirilə bilər.

- Qrup terapiyası – Oxşar hadisələri yaşayan insanlarla qrup terapiyası şəklində dəstək effektiv olur.

- Relaksasiya texnikaları – Meditasiya, nəfəs məşqləri və idman narahatlığı azaltmaqda yardımçı ola bilər.

- Davamlı dəstək – Uzunmüddətli müşahidə və dəstək şəxsin normal həyata qayıtmasını təmin edir.

Ailələri də burda dəstək olmalıdır.

Təyyarə qəzası keçirmiş şəxslərin yaxınları aşağıdakı addımları atmaqla onların sağalma prosesinə dəstək ola bilərlər:

- Şəxs üçün səbirli və anlayışlı olmaq vacibdir. Travma ilə mübarizə zaman tələb edir və yaxınlar səbir göstərməlidirlər.

- Ətraf mühit şəxsin özünü rahat hiss edəcəyi formada olmalıdır.

- Əgər şəxs travmanın təsirlərini özbaşına idarə edə bilmirsə, psixoloqa müraciət etməsi çox vacibdir.

Təyyarə qəzası kimi travmatik hadisələr insan psixologiyasında dərin təsir buraxır. Belə hallarda həm psixoloji dəstək, həm də ailənin dəstəyi insanın sağalma prosesində əhəmiyyətli rol oynayır. Psixoloq kimi əsas məqsədimiz bu şəxslərin emosional yükünü yüngülləşdirmək və onların yenidən normal həyata qayıtmasını təmin etməkdir. Biz də mərkəz olaraq bu qəzada yaralanan şəxslərə psixoloji dəstək və kömək ola bilərik”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə