İşsizlik, müasir cəmiyyətin ən ciddi sosial-iqtisadi problemlərindən biri olaraq qalır. Xüsusilə gənclər arasında işsizlik, həm fərdi inkişaf, həm də ölkənin iqtisadi sabitliyi baxımından ciddi təsir doğurur.
Məsələ ilə bağlı sosioloq Üzeyir Şəfiyev SİA-ya açıqlamasında bildirib ki, bu gün müzakirə olunan, aktual məsələlərdən biri də işsizlik, özəlliklə gənclər arasında işsizlik məsələsidir ki, cəmiyyət tərəfindən müzakirə obeyktinə çevilib: "İşsizlik Azərbaycanda rəsmi statistikaya istinad etsək təqribən 5,6 % göstərilir, gənclər arasında isə 11% faizdən bir qədər çox göstərilir. Bəli işsizlik reallığı belədir, ancaq qeyd etməliyik ki işsizliyin bir çox səbəbləri var. İlk növbədə ondan başlayaq ki, təhsil müəssisələri və kolleclər tərəfindən bizim əmək bazarı, onun tələbləri öyrənilməlidir ki, əmək bazarında hansı mütəxəssislərə daha çox ehtiyac var. Bu həm də bu gün üçün yox orta prespektiv üçün fitroloji baxımdan öyrənilməlidir ki,10-15 ildən sonra Azərbaycanda əmək bazarında hansı sahəyə daha çox ehtiyac olacağı barəsində müəssisələr, təhsil müəssisələri, elmi tədqiqat müəssisələri tərəfindən tədqiqatlar aparılmalıdır. Bunun nəticəsi olaraq əmək bazarı öyrənilsin və tələblərə uyğun mütəxəssiz hazırlığı həyata keçirilsin.
Yəni bəzi sahələr var ki, təhsil sahəsində baxıb görürük ki həmin sahədə əmək bazarında kifayət qədər bolluq var amma yenə də sürəcli şəkildə mütəxəssiz hazırlığı həyata keçirilir. Elə sahələrdə var ki orda mütəxəssiz yoxdu amma yenə də mütəxəssiz hazırlığı keçirilir. Ona görə də tələb və təklif əsasında mütəxəssiz hazırlığı həyata keçirmək lazımdır. Mütəxəssiz hazırlayarkən də əmək və təhsil müəssisələri inteqrativ şəkildə fəaliyyət göstərməli, fəaliyyətlərini koordinasiya etməlidir. Yəni bazarda nə qədər və hansı mütəxəssizə indi, orta perspektivdə ehtiyac olacaq. Ona uyğun hesab edirəm ki təhsil və kolleclər mütəxəssiz hazırlığını həyata keçirməlidir. Eyni zamanda mütəxəssiz hazırlığı həm də keyfiyyət göstəricisinə görə artırılmalıdır, çünki bəzən əmək müəssisələri mütəxəssiz hazırlığında keyfiyyət baxımından gileylənir. Ona görə mütəxəssiz hazırlığında yəni təkcə nəzəri bilgilər yox praktik bilgilər öyrədiləndə əmək müəsisələridə iştirak etməlidir. Mütəxəssizlər kolleclərdə, ali təhsil ocaqlarında nəzəri bilgilərlə hazırlansa da bunun praktikası müəssisələrdə düzgün təşkil olunmalıdır. Praktik bacarıq və vərdişlər düzgün aşılanmalıdır ki, sonradan deyilməsin ki əmək bazarına uyğun kadr hazırlığı həyata keçirilmir. Bəzən iş təcrübəsi tələb olunur, hesab edirəm ki mütəxəssiz hazırlayarkən tələbələrin həm kolleclərdə, həm də ali təhsil ocaqlarında keçdiyi praktika onların təcrübəsi kimi qeyd oluna bilər. Buda nəzərə alınsa çox yaxşı olar. Eyni zamanda gənclərin axını daha çox paytaxta olur, bu da ondan irəli gəlirki onlar regionda, bölgədə özünə uyğun iş tapa bilmirlər. Regionlarda da gənclərin marağına uyğun iş təklif olunmalıdır. Yalnız iş yox gənclərin yaş psixologiyasına uyğun olaraq onların orada çalışması üçün mənəvi mühitdə olmalı, mənəvi şərait yaradılmalıdır ki gənclər paytaxta axın etməsinlər.
Bundan başqa həm də biz bəzi statistik rəqəmlərə baxanda görürük ki məsələn Azərbaycanda net indeksinə görə işləməyən və təhsil almayan gənclər 23 % təşkil edir. Azərbaycanda strateji planlama budur ki, 2030-cu ilə qədər bu faizi 15%-ə endirsin. Bu istiqamətdə artıq hökumətdə addımlar atır. Bundan başqa yoxsulluğun aradan qaldırılması ilə bağlı dövlət proqramları var və həyata keçirilir. Ancaq güman edirəm ki bu bütün regionları əhatə etməlidir. O cümlədən ölkə başçımızın regionda sosial-iqtisadi inkişafına dair dövlət proqramında bu öz əksini tapır. Sadəcə bu proqramların hesabatlığı artırılmalıdır. Yəni proqramdan irəli gələn öhdəliklər, vəzifələr monitorinq olunmalıdır ki nə qədər bu proqram yüksək keyfiyyətlə icra olunur.
İşsizlik əlbətdə çox böyük problemdir və bunun sosial fəsadları çoxdur. İşləməyən gəncləri müxtəlif sahələrə həm dini baxımdan, həm də digər delekvent fəaliyyətə cəlb edirlər. Bu da şübhəsiz ki cəmiyyətdə sosial animiyaları artırır. Bu olmasın deyə biz çalışmalıyıq gəncləri sağlam məşğulluq proqramlarına cəlb edək, eyni zamanda onlar üçün adekvat iş sahələri açaq, peşə bacarıqlarını artıraq və əmək bazarına uyğun hazırlayaq ki orda gənclərə tələbat artsın. Eyni zamanda gənclər də əmək bazarına uyğun şəkildə özünü təkmilləşdirməlidir.
İşsizliyin sosial fəsadları çoxdur. Bu həm gənclərin ailə qurmasına maneə olur, həm gənclər arasında deliant davranışına yəni əxlaqa zidd, gənclər arasında cinayət əməlləri törətmələrinə, onların xaricə üz tutmasına səbəb olur. Buda ki dolayısı ilə təbii artıma, ölkənin demaqrafik vəziyyətinə təsir göstərir. Bu əlbətdə çox ciddi məsələdir, diqqətə alınmalı və müzakirə olunmalıdır. Və bununla bağlı güman edirəm ki daha effektli addımlar atılmalıdır. Bu gün statistikaya baxırıq ki Azərbaycanda 60 000 işləyən pensiyaçı var, misal üçün bu işləyən pensiyaçılar uyğun pensiya alsalar onlar 60 000 iş yerini gənclərə verə bilər. Eyni zamanda gənclərin regional yerləşməsi üzrə iş təkliflər olunmalı,iş yerləri yaradılmalıdır.
Gənclərin həm də regionlarda qalıb işləməsi üçün mənəvi mühit uyğun olmalıdır. Gənclər arasında kiçik, orta sahibkarlıq təşviq etmək olar və bütün bunlar əlbətdəki koordinasiyalı şəkildə görülməlidir ki işsizlik olmasın. Bu da ölkə iqtisadiyyatına həm töhfə versin, həm də gənclərin Azərbaycan iqtisadiyyatına inteqrasiyasında töhfəsi olsun”.
Xeyrənsə Piriyeva
Bütün xəbərlər Facebook səhifəmizdə