Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa olunub

Yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. SİA-nın xəbərinə görə, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Xatırladaq ki, sürət həddi dünən endirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə