“Psixi problemlərdə yalnız 70-80 faiz irəliləyiş əldə etmək mümkün olur” - PSİXOLOQ DANIŞDI

“Hazırda psixoloqa müraciət edən insanlar iki qrupa bölünür. Birincisi öz istəyi ilə gələnlər, ikincisi isə başqalarının yönləndirmələri ilə gələnlərdir. Öz istəyi ilə gələn insanlar adətən özlərində hər hansı problemi görən və bunu düzəltməyə çalışan şəxslər olur. Təbii ki, bu zaman onların sağalma prosesi daha sürətli baş tutur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Psixoloq bildirib ki, kiminsə təkidi ilə gələn şəxslər isə bir müddət sonra həvəsdən düşürlər və artıq seanslara gəlmək istəmirlər:

“Psixoloqun insanlara yardımı insanların qorxuları ilə işləyir, hər hansı psixi problemlərdən qoruyur, travmaların üzə çıxması və onun yaratdığı problemlərlə işləməkdən ibarətdir. Psixoloqun yardımı hərtərəflidir.

Bəzən isə elə problemlər olur ki, psixiatrla bərabər psixoloq dəstəyinə mütləq ehtiyac olur və bunu gözardı etmək düzgün deyil. Əgər problemlə həqiqətən psixolojidirsə və qarşı tərəfin də bu problemin sonuna çıxmağa istəyi varsa, bu zaman problemi həlli daha asan olur. Psixi problemlərdə isə yalnız 70-80 faiz irəliləyiş əldə etmək mümkün olur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə