“Tərcüməçi yalnız tərcümə olunan dilin deyil,..." - EKSPERTDƏN İRAD
“Tərcüməçi yalnız tərcümə olunan dilin deyil, tərcümə etdiyi əsərin də dilini bilməlidir”. Bu barədə SİA-ya açıqlamasında Dövlət Dil Komissiyası Yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva deyib
Onun sözlərinə görə, rus yaxud ingilis dilində hansısa ədəbiyyat Azərbaycan dilinə tərcümə edilirsə, müxtəlifsistemli dillərin ədəbiyyat nümunəsi kimi hər bir dilin özünəməxsus qrammatik qanunauyğunluqlarına diqqət edilməlidir: “Eyni zamanda bədii ədəbiyyatdan söhbət gedirsə, burada ən vacib məsələ həm söz sırası, həm də dilin ən maraqlı məqamı olan frazeoloji birləşmələrin düzgün tərcüməsidir. Frazeoloji birləşmələr hər bir xalqın dünyagörüşü, həyat tərzi ilə bağlıdır. Rus, ingilis və digər dillərdə elə ifadələr var ki, onları hərfi tərcümə etdikdə çox gülməli alınır. Təəssüf edirəm ki, bəzən dublyaj edilən filmlərdə də tərcümə zamanı biz hərfi tərcüməni görürük. Bu şəkildə olduqda həmin tərcümələri anlamaq mümkün deyil”.
S.Əliyeva bildirib ki, elmi ədəbiyyatda elmi faktlar var, orada məzmun tərcüməsi ilə uyğunlaşdırırlar: “Amma bədii ədəbiyyatda və fəlsəfi əsərlərdə cümlə quruluşları, söz sırası o qədər yanlışlıqla tərcümə olunur ki, bu dili ağırlaşdırır və onu oxumaq mümkün olmur. Buna görə də oxucu çalışır ki, bunu mənbə dildən oxusun. Türk, rus, ingilis və digər dillərdə orjinal məzmun daha maraqlı olur. Tərcümə olunmuş əsər yaxud film o qədər süni alınır ki, bunu dərk etmək olmur. Problem buradadır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB