Məktəblərdə psixoloq çatışmazlığının səbəbi nədir? - AYDINLIQ GƏTİRİLDİ

"Bütün fənlərin tədrisi vacib olduğu qədər məktəblərdə psixoloji xidmət də zəruridir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Ülviyyə Murtuzova deyib.

Ü.Murtuzova bildirib ki, ümumtəhsil məktəblərində çalışan praktik psixoloqlar işlərini illik fəaliyyət planına əsasən qururlar: "Lakin məktəblərdə psixoloji xidmət, demək olar ki, o qədər də yüksək səviyyədə aparılmır. Buna səbəb kimi kadr çatışmazlığını, bir çox məktəblərdə psixoloji xidmət göstərilməsi üçün kabinetlərin olmamasını, lazımi vəsaitlərlə təmin edilməməsini misal göstərmək olar. Bütün fənlərin tədrisi vacib olduğu qədər məktəblərdə psixoloji xidmət də zəruridir. Necə ki, 300-500 nəfər şagirdi olan məktəblərdə hər hansı fənni 2 müəllim tədris edir, eləcə də şagirdlərin təlim-tərbiyəsi, psixoloji sağlamlığı üçün bütün ölkə məktəblərində psixoloqların sayının artırılmasına ciddi ehtiyac var”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə