“Hər kəsə məlumdur ki, biz bu gün hər şeyin sürətlə dəyişdiyi dövrdə yaşayırıq. İnsanları son dövrlər “Həyat keyfiyyətimi necə artıra bilərəm?”, “Neqativ düşüncələrdən necə xilas ola bilərəm?” və s. tipli düşündürən suallar var. Bunları davamlı düşünən insanlarda bir müddət sonra depressiv əlamətlər müşahidə oluna bilir”. Bu sözləri SİA-ya açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova bildirib.
Psixoloq bildirib ki, bütün bunlar müəyyən zaman sonra onların psixoloqlara üz tutmasına səbəb olur: “Biz son zamanlar "Depresiyaya düşdükdə durmadan orqanizmin yemək tələb etməsi və ya bunun əksinə iştahın kəsilməsi nə ilə əlaqədardır?”, “Depresiyyaya düşdüyümüzü necə anlaya bilər və bundan necə qurtula bilərik?” tipli suallar da alırıq.
Ümumiyyətlə iki tip insanlar var: həzzə yönəlik və acıdan qaçan insanlar. Həzzə yönəlik insanlar daha çox həzz alığı şeylərdən istifadə edərək, onlara yönələrək neqativ düşüncələri ilə mübarizə aparırlar. Əksinə acıdan qaçan insanlar isə daha çox sevdiyi və zövq aldığı şeylərdən uzaqlaşaraq, sanki özünə qapanır.
Həzzə yönəlik insanlar belə dönəmdə davamlı yemək yemək istəyir. Bilirik ki, yemək yemə istəyi qədimdən özünü güvəndə hiss etdiyi təməl duyğulardan biridir. Çünki yemək yemək, su içmək istəyi bizim təbii tələbatlarımızdan biridir. Ona görə də bir çox insan gərgin olduqda, depressiyaya düşdükdə ilk növbədə təməl ehtiyaclarının ödənilməsinə yönəlir. Yemək yeyərkən özünü bütün pisliklərdən uzaqda, daha güvənli yerdə hiss edir. Hətta deyə bilərik ki, bu heyvani bir instikdir. Çünki heyvanlar da təhlükə hiss etdikdə, güvənli ərazi olmadıqda orada yemək yemir. Öz ovunu daha sakit bir yerə aparır və orda yeyir. Özünü xoşbəxt və güvəndə hiss etsin, bu həzz davam etsin deyə bəzi insanlar normadan artıq yeyirlər. Bu da nəticədə kilo artımına gətirib çıxarır.
Acıdan qaçan insanlar isə qeyd etdiyim kimi, hər şeydən uzaqlaşır və özünə qapanır. Bəzi insanlar bu dönəmdə hətta zərərli vərdişlərə qurşanır, spirtli içkilərin aludəçisinə çevrilir. Onları qəbul edir və nəticədə sanki ətrafı, dünya ilə əlaqəsini kəsir və olanlardan bu şəkildə qaçır. Ancaq insanların çətinliklərə qarşı belə mövqeləri, yəni çətinlikdən qaçmaq üçün çox yemək yemək və ya zərəli vərdişlərə qurşanmağı düzgün çıxış yolu deyil. Bu mexanizm bizim təbiətimizdə var, ancaq bunu idarə etməyi bacarmalıyıq. Belə vəziyyətdən çıxış yolunu, idarə etməyi bacara bilməyən insanlar mütləq şəkildə peşəkar psixoloq dəstəyi almalıdırlar. Psixoloq terapiya zamanı problemin kökünə enir və həmin situasiyanı idarə etməyin yollarını, həmin stresli vəziyyətdə onu rahatlata biləcək yolları bildirir”.
Bütün xəbərlər Facebook səhifəmizdə