"Nikosayağı" ilə qəzada olan biznesmen oğlu vəfat etdi - YENİLƏNİB

Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin törətdiyi yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi bilinib. SİA xəbər verir ki, ölən şəxs Ruslan Məmmədovdur. Mərhum Gəncədəki “İmperial” şadlıq sarayı və istirahət mərkəzinin sahibinin oğlu olduğu bildirilir.

Qeyd edək ki, bloqer Nicat Şakirli tanınmış nevropatoloq Nafiz Mütəllimovun oğludur.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə