Bloger "Nikosayağı" qəzada qolunu itirdi -SON DƏQİQƏ

Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. SİA xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bloqer və avtomobildə olan sərnişinlər ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

TƏBİB-dən verilən məlumatda deyilir ki, xəsarət alanlar-29 yaşlı Nicat Şakirli sağ yuxarı ətrafın dirsəkdən amputasiyası, 23 yaşlı Fəxri Rüstəmov isə sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar. Hazırda onlara zəruri tibbi xidmət göstərilir. Bir nəfər isə həyatını itirib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə