Yeni tikilən stansiyada hansı işlər görülür? - QURUM RƏSMİSİ AÇIQLADI

"Hazırda yeni tikilən stansiyada işlər planlaşdırılmış qaydada davam edir. Öncədən də məlumat vermişdik ki, qazma işləri ilk üç səviyyədə artıq başa çatdırılıb. İndi isə dördüncü səviyyə üzrə qazıntı işləri davam etməkdədir". Bu sözləri SİA-ya açıqlamasında"Bakı Metropoliteni"nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, buna paralel olaraq yuxarı üç səviyyədə üzlüklərin vurulması üçün hazırlıq tədbirləri görülür: "Eyni zamanda, "8 noyabr" stansiyası ilə şərti adı B4 olan stansiyanı birləşdirən tunellərdə də müvafiq infrastrukturun qurulması işlərinə başlanılıb. Bu axarla proseslər davam edir. Məsələn, pandemiya kimi hər hansı bir problem və ya məhdudiyyət yaranmasa, stansiyanın təhvil verilməsi 2024-cü ilin sonu və yaxud 2025-ci ilin I yarısına planlaşdırılır".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə