Taxıl əkinlərinin genişləndirilməsində SƏBƏB NƏDİR? - QURUM RƏSMİSİ AÇIQLADI
“2022-ci illə müqayisədə cari ilin məhsulu üçün payızlıq taxıl əkin sahəsinin həcmi genişləndirilib. 4,4% ümumi taxıl sahəsində artıq taxıl əkilib. Eyni zamanda, 9-10%-ə qədər buğdanın əkin sahəsi artırılıb”. Bu sözləri SİA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdiri İmran Cümşüdov deyib.
Onun sözlərinə görə, bu məsələdə əsas məqsəd ilk növbədə ərzaq təhlükəsizliyinin təmin olunması, yerli istehsal hesabına özünü təminetmə səviyyəsinin yüksəlməsidir: “İdxaldan asılılığın azalması da taxıl əkinlərinin sahəsinin genişləndirilməsi səbəblərindən biridir.
Həm münbitlik, həm də su təminatı baxımından pambıq və tütünün əkini üçün yararlı olan sahələr müəyyənləşdirilir. Həmçinin, şəkər çuğunduru ilə bağlı taxıl sahələrinin genişləndirilməsi nəzərdə tutulub. Bu istiqamətdə şirkətlərlə fermerlər müqavilə əsasında işlərini təmin edirlər. Bu ilin hədəfində daha çox məhsulun əldə olunması və fermerlərin gəlirlərinin artmasına nail olmaq var”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB