Azərbaycan Ordusunun zabiti vəfat edib

Azərbaycan Ordusunun zabiti, 1978-ci il təvəllüdlü polkovnik-leytenant Ağayev Vüqar Şümşəd oğlu kəskin miokard infarktından vəfat edib. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Nazirliyin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbir diləyir.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə