Yüksək məhsul almaq üçün torpağa hansı gübrə verilməlidir? - QURUM RƏSMİSİ DANIŞDI
“Yüksək məhsul almağın mühüm elementlərindən biri düzgün gübrələmə məsələsidir. Gübrələmə məsələsində torpağa hansı gübrənin verilməsini xüsusi nəzərə almalıyıq. Çünki gübrələmədə əsas 4 qaydadan biri gübrə növünün düzgün müəyyənləşdirilməsidir. Əgər bitkinin azota ehtiyacı varsa, ona fosfor, kalium və digər qida maddələrinin verilməsinin əhəmiyyəti yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında Aqrar Xidmətlər Agentliyində müdir müavini Fikrət Feyziyev deyib.
Onun sözlərinə görə, bir qida elementi digərini heç cür əvəz edə bilmir: “Çünki bitki orqanizmdir və onun inkişafı üçün ehtiyacı olan qida elementini müəyyən etmək lazımdır. Əlavə qida maddələrinin verilməsi torpağı yükləmək deməkdir. Həmin gübrələrin ətraf-mühitə də təsiri var”.
F.Feyziyev sözlərinə davam edərək bildirib ki, bitkinin ehtiyaclarını müəyyənləşdirməyin bir yolu da analizlərdən keçir: “Təbii ki, təcrübəli fermerlər vizual müşahidələrlə qida çatışmazlığını müəyyən qədər anlaya bilərlər. Amma bunun tam elmi yolu həmin torpaqların analiz olunaraq müəyyənləşdirilməsidir. Gübrə növü və miqdarı aqrar kimyəvi analizlərlə müəyyən edilir. Bu analizlər nəticəsində bilmək olar ki, torpağın hansı gübrəyə nə qədər ehtiyacı var. Yalnız bundan sonra gübrələmə proqramı tətbiq olunmalıdır. Növbəti mərhələlərdə isə bitki toxumaları, konkret desək, yarpaq analizləri ilə nöqsanlar müəyyənləşdirilib, öncəki doza korrektə edilə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB