Qadınla kişinin dostluğu mümkündür? - DİQQƏT! - PSİXOLOQ DANIŞDI

“İllərdir ki, qadınla kişi arasında dostluğun mümkün olub-olmaması barədə suallar insanları dərindən düşündürür. Lakin təəssüf ki, insanlarda bu məsələ ilə bağlı sağlam düşüncə yoxdur. Əgər bir qadının oğlan dostu və ya bir kişinin qadın dostu varsa, deməli, onlar arasında nəsə var. Loru dildə desək, həmin adamın “adı çıxır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, əslində, qadın və kişi dostluğuna mane olan bu cür düşüncələrdir: “Yoxsa ki qarşı cinslər arasında rahatlıqla dostluq münasibəti qurula bilər. Mənim də ətrafımda, hətta doğmam olmasa belə, ürəklə qardaş deyə biləcəyim kişi dostlar var. Çünki biz sağlam düşüncəyə sahibik. Amma sağlam dostluq münasibəti qura bilənlər ən uzağı 20% təşkil edir. 100-ün 20%-i isə yox deməkdir. Çox insan dost adı altında qarşı tərəfə daha fərqli duyğular bəsləyir. Hətta onun haqqında danışanda belə daxilən göz yaşı axıdır. Bəlkə də həmin insan, sadəcə, dostunun ağlına, davranışlarına aşiq olur. Onunla heç bir cinsi əlaqə haqqında düşünmür. Çünki onların arasında müəyyən qədər məsafə olur. Lakin qadın və kişi olaraq dostlar daha yaxın bir münasibətdə olsalar, onda getdikcə onlar arasında söz-söhbətlər yaranmağa başlayacaq”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə