Rumıniya və Azərbaycan arasında əlaqələr inkişaf etdirilir

Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannis mətbuata bəyanatlarla çıxış ediblər. Qeyd etməliyik ki, Azərbaycan və Rumıniya arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur. Bu isə iki ölkə arasında müxtəlif sahələri əhatə edən qarşılıqlı əməkdaşlığa əsas verir. Rumıniya Prezidentinin ölkəmizə səfəri iki ölkə arasında təmasların yüksək səviyyədə olmasının göstəricisidir.

Cənab Prezident İlham Əliyev çıxışı zamanı bildirmişdir ki , Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bu gün müzakirə olunan və həll etdiyimiz məsələlər doğrudan da strateji əhəmiyyət daşıyır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir.

Eyni zamanda, ticari-iqtisadi sahələrdə də nəticələr var. Ticarət dövriyyəsi iki dəfədən çox artıb. Ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Cənab Prezident İlham Əliyev ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atacağını və hökumətlərarası komissiyanın fəaliyyəti məhz bu məqsədi güdəcək deyə çıxışında qeyd etmişdir. Eyni zamanda Energetika, əlbəttə ki, təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir.

Prezident İlham Əliyev mətbuata bəyanatında Azərbaycan-Rumıniya əlaqələri haqqında danışarkən onu da bildirdi ki, biz çox önəmli strateji tərəfdaşlıq platformuna əsaslanaraq bu gün müasirliyə doğru, inkişafa doğru, enerji təhlükəsizliyinə doğru çox önəmli addım atmış olduq. Eyni zamanda, digər sahələr də prioritet təşkil edə bilər, o cümlədən nəqliyyat sahəsi. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var.

Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri zamanı verdiyi bəyanatda Rumıniya ilə Azərbaycan 30 il ərzində gözəl diplomatik və siyasi münasibətlərə malikdir. 2022-ci ildə bunun çox güclü bir dinamikası baş verdi və cənab Prezident Buxarestə səfər etdi. Həmin səfər zamanı dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlığa dair Saziş imzalandığını bir daha qeyd etdi.

Eyni zamanda bildirdi ki , biz Rumıniya olaraq ölkələrimiz arasında strateji tərəfdaşlığı dərinləşdirməyə və mühüm strateji əhəmiyyətə malik regional layihələrin icrasına hazırıq. Biz enerji, ticarət, sərmayə qoyuluşu, rəqəmsallaşma və kənd təsərrüfatı sahələrində əməkdaşlığa hazırıq.

Bir sözlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri zamanı verdiyi bəyanat göstərir ki, çox önəmli strateji tərəfdaşlıq platformuna əsaslanaraq ölkələrimiz müasirliyə doğru, inkişafa doğru, enerji təhlükəsizliyinə doğru çox önəmli addım atmış oldular və əminliklə qeyd etmək lazımdır ki, eyni zamanda həm qaz, həm yaşıl enerji dəhlizləri, o cümlədən nəqliyyat sahəsində də uğurlu nəticələr əldə olunacaqdır.

Aliyə Orucova

YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə