“Türkiyə-Azərbaycan Gənclər mübadiləsi” - FOTOLAR

2 fevral Xəzər Univesitetində “Türkiyə- Azərbaycan Gənclər mübadiləsi” proqramının yekun bağlanış mərasimi keçirilib. SİA xəbər verir ki, tədbirdə ilk olaraq “Türkiyə- Azərbaycan Gənclər mübadiləsi” proqramı haqqında məlumat verilib.

Qeyd edilib ki, proqramı Türkiyə Respublikasının Gənclər və İdman Nazirliyi təşkil edib. Xatırladılıb ki, proqram çərçivəsində Xəzər Universitetinin nümayəndə heyətinin yanvarın 22-də Türkiyəyə səfəri başlayıb. Səfər çərçivəsində Xəzər Univesitetinin gəncləri Ankara və Kırşehiri gəzmək şansı əldə edib. Eyni zamanda, Xəzər Universitetin gəncləri Ankarada -Türkiyə Böyük Millət Məclisində millət vəkilləri ilə görüşüb.

Yekunda rektor İradə Xəlilova, təsisçi Hamlet İsaxanlı, İctimaiyyətlə əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli proqram haqqında fikirlərini bölüşüb, Həmçinin, gənclərə tövsiyələrini veriblər. Proqramın yekun tədbirində gənclərin Türkiyədə səfəri ilə bağlı müxtəlif videoroliklər nümayiş etdirilib.

Sonda Xəzər Univesitetində “Türkiyə- Azərbaycan Gənclər mübadiləsi” proqramının Xəzər Universitetinin heyəti öz təəssüratlarını bölüşüb və Xəzər Universitetinin rəhbərliyi tərəfindən tələbələrə sertifikatlar verilib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə