Gənclər millətin inkişafının təməl daşı və gələcəyimizin qarantıdır

Gənclik hər bir ölkənin gələcəyinin təməlidir. Gəncliyin yüksək intellektual biliyə, sağlam ruh və bədənə malik olması, mənəvi və milli dəyərlərə sədaqət ruhunda tərbiyə edilməsi milli prioritet istiqamətlərdən sayılır. Ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər daim Azərbaycanın gələcəyi haqqında düşünürdü, gənc nəslin inkişafına davamlı qayğı göstərirdi. Gənclər siyasəti çoxşaxəli və genişmiqyaslı böyük bir sferanı əhatə edir. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə geniş, məqsədyönlü islahatlar həyata keçirmişdir. Ölkəmizdə dövlət gənclər siyasəti sahəsində əldə olunan uğurlar gənclərin aparıcı qüvvəyə çevrilməsinə şərait yaradır. Bu gün Azərbaycanda intellektual, milli düşüncəyə sahib gənclər formalaşır və onlar ölkənin ictimai-siyasi həyatında böyük rol oynayırlar.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilr. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirləri sadalamaqla biz gənclərimizin dövlətçiliyə bağlı, intellektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi olarıq. . Bu gün gənclərimiz təhsil sahəsində də bir çox yeni uğurlara imza atırlar. Hər bir gəncin inkişafı onun təhsili ilə bilavasitə bağlıdır. Təhsilli hər bir gənc özünə daim inamlı və bacarıqlı olur. Heç şübhəsiz ki, hər bir ölkənin gələcəyi onun gənclərinin inkişafından çox asılıdır. Bütün dövrlərdə gəncliyin mənəvi və fiziki sağlamlığı cəmiyyət üçün önəmli olub. Əgər bir ölkədə gəncliyə yüksək diqqət və qayğı varsa deməli o cəmiyyətdə gənclər proqressiv, intellektual, mənəvi və fiziki baxımından sağlam olacaqlar. Gənclik böyük güc, böyük arzular, böyük ümidlər və sağlam düşüncə deməkdir. Hər bir gənc dövlətin diqqət və qayğısını yüksək qiymətləndirməli, onlar üçün yaradılan fürsət və imkanların dəyərini bilməli, ailəsi, vətəni və cəmiyyət üçün faydalı olmağa çalışmalıdır. Bu gün dövlət tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsil formalaşdırılır. Sözsüz ki, bu formalaşdırılırmış nəsil də vətənimizin sağlam gələcəyi deməkdir. Bildiyimiz kimi, gənclik və idman bir-birini tamamlayan məfhumlardır. Müasir gənclərin hərtərəfli formalaşmış, rəqabətə davamlı yetişdiriliməsi məhz dövlətin uğurlu gənclər siyasətinin davamıdır. Gənclərimiz tək idman deyil, bütün sferalarda aktiv rolu ilə seçilir, ictimai-siyasi, sosial-iqtisadi tədbirlərin təbliğində də mühüm rol oynayırlar. Ölkə başçısının müvafiq sərəncamları ilə 2007-ci ilin “Gənclər ili”, 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən və gənclərə qayğıdan xəbər verir. Bu diqqət və qayğının nəticəsidir ki, son illər gənclərimiz ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak edir, mədəniyyət, elm və idman sahələrində böyük inamla irəliləyir, zəngin mədəni irsimizin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atır, milli dəyərlərimizin yaşadılması və təbliği üçün əllərindən gələni əsirgəmirlər.

Vətən müharibəsi zamanı ön cəbhədə döyüşən Vətən qəhrəmanlarının əksəriyyəti gənclər idi. Bu onu göstərir ki, gənclərimiz öz xalqına, öz vətəninə daim bağlıdır. Gənclərimiz heç nədən qorxmadan ağır döyüşlərdə iştirak etdilər və bu sınaqdan üzüağ çıxaraq cənab prezidentin "Dəmir yumruq"-u ətrafında sıx birləşdilər. Bir Azərbaycan gənci olaraq bizə işıqlı Azərbaycan qoyub getmiş Ulu öndər Heydər Əliyevin ruhu qarşısında böyük ehtiramla baş əyir, cənab Prezident İlham Əliyevin inamını və etimadını hər zaman doğruldacağımıza söz veririk. Vətənimizə, millətimizə və dövlətimizə sədaqətlə xidmət etməklə Vətən və dövlət qarşısında məsuliyyətimizi dərk edir və ölkə başçısının müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın sürətlə inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfələrimizi verməyə çalışırıq.

Səkinə Rüstəmzadə

“Pirallahı Tibb Mərkəzi” PHŞ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, YAP Pirallahı rayon təşkilatının gənc fəalı

Bütün xəbərlər Facebook səhifəmizdə