Kriminoloji xəbərlərin gündəmə gətirilməsi insanlara necə təsir göstərir? - PSİXOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Ümumiyyətlə, kriminoloji və yaxud insanlarda stress yaradacaq digər xəbərlərin olması təbii ki, onların psixologiyasına birbaşa mənfi təsir göstərir. İlk öncə onu qeyd etməliyik ki, stress özü də emosional və informativ olmaqla iki yerə ayrılır. İnformativ stress nəticəsində azyaşlı uşaqlarda fobiyaların, yeniyetmələrdə özünü büruzə verəcək depressiv halların, qorxu hissinin yaranmasına səbəb olur". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, kriminoloji xəbərlər insanlarda informativ stresslə yanaşı düşüncə pozuntusunun yaranmasına və güvən probleminə gətirib çıxarır: "Qohumluq əlaqələrinin qurulmasında birbaşa özünü göstərəcək kriminoloji xəbərlər var ki, ailədə inamsızlığa səbəbiyyət yaradır. İnsanlar gözəl ailəsi olduğunu, belə şeylərin başına gəlməyəcəyini düşünə bilərlər. Amma onlar ailəsindəkilərin hansı insan tipinə aid olduğunu bilmirlər. Ona görə də əgər ailədə bu xəbərlərdən təsirlənərək eşitdiyi və ya gördüklərini həyata keçirmək istəyənlər varsa, bunu anlaya bilməyəcəklər. Odur ki, insanların bilavasitə psixologiyasına təsir edəcək xəbərləri yayanda çox diqqətli olmalıyıq".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə