Səylərə baxmayaraq sərnişin dünyasını dəyişdi - QURUM RƏSMİSİ AÇIQLADI
Bakı metrosunda sərnişin dünyasını dəyişib. Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Belə ki, təxminən 60 yaşlarında olan bir sərnişin halı pisləşdiyi üçün 07:45-də qatardan düşürülüb. Dərhal ilkin yardım göstərilib, təcili tibbi yardım dəvət edilib.
Təcili tibbi yardımın bütün səylərinə baxmayaraq, sərnişin dünyasını dəyişib.
Məsələ ilə bağlı "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov SİA-ya ətraflı açıqlama verib.
O bildirib ki, metropolitendə sərnişinlərin vəziyyətinin pisləşməsi ilə bağlı məlumat daxil olan kimi dərhal təcili tibbi yardım xidmətinə zəng edilir: "İki qurum arasında kifayət qədər peşəkar və operativ əlaqələr var. Ən qısa müddətdə metrodan daxil olan məlumata reaksiya verilir".
Onun sözlərinə görə, bugünkü hadisədə də təcili tibbi yardım ən qısa müddətdə özlərini yetirib: "Operativ müdaxiləyə rəğmən sərnişin dünyasını dəyişib. Metropoliten sərnişindaşıma xidməti göstərir və qeyd etdiyim kimi iki qurum arasında intensiv əlaqələr olduğu üçün bu məsələyə təcili tibbi yardım hadisə zamanı lazım olduğu vaxtda yetişib müdaxilə edir. Bu zamana qədərki təcrübələr də göstərir ki, metropolitenin təcili tibbi yardım xidmətini dəvət etməsi və ya onların özünü çatdırması ilə bağlı hər hansısa bir problem yaşanmır. Qəbul olunmuş prosedur qaydalarına uyğun olaraq hər iki tərəf öz işini peşəkarcasına yerinə yetirir. Hər bir hadisə ilə bağlı metropolitendə xüsusi olaraq baxış keçirilir, müəyyən olunmuş normativ qaydalar və tələblərə uyğun olaraq yoxlanış aparılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB