"Nizami" stansiyasında vaqonlardan birində problem yaranıb

"Nizami" stansiyasında vaqonlardan birinin qapısının bağlanmasında problem yaranıb. SİA xəbər verir ki, təlimat qaydalarına uyğun baxış təyin edilib. Qatara əlavə baxış keçirilməsi zərurəti yarandığından sərnişinlər stansiyada düşürülüb. Qatar mənzili sərnişinsiz qət etdiyi üçün iki qatar arasında olmaq şərtilə, intervaldan əlavə 2 dəqiqəlik yubanma qeydə alınıb.

Hazırda problemin səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə