Aİ meşələri məhv edən məhsulları qadağan edir

Avropa İttifaqı (Aİ) ölkələri meşə sahələrinə ziyan vurmaqla istehsal olunan soya, mal əti, palma yağı, ağac, kakao və qəhvə kimi müxtəlif məhsulları idxal etməmək barədə razılığa gəliblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Avropa Şurası üzv dövlətlərlə Avropa Parlamenti (AP) arasında müzakirə edilən və Avropa Yaşıl Saziş çərçivəsində meşələrin qırılmasının azaldılmasına hazırlanan qanunla razılaşdıqlarını açıqladı. Buna uyğun olaraq, Aİ bazarlarında satılan məhsulların meşələrin qırılmasına səbəb olmaması təmin ediləcək. Aİ ölkələrində palma yağı, mal əti, ağac, qəhvə, kakao, rezin və soya kimi məhsullar, o cümlədən şokolad, mebel və kağız meşələrin qırılmasına töhfə verməməlidir. Sözügedən məhsulları Aİ bazarına tədarük edənlərin lazımi araşdırma aparmasını təmin etmək üçün ciddi qaydalar tətbiq olunacaq.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə