"Uşaqlar necə ki, tətildən məktəbə qayıdanda çətinlik çəkir, eləcə də hər bir şəxs bazar günündən sonra 1-ci gün işə gələndə çətinlik çəkir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
Onun sözlərinə görə, bu uzun müddətli yorğun olan orqanizmin bazar günü dincəlib yenidən başlaması ilə əlaqədardır. Yəni insan düşünür ki, yenidən qarşımda dolu-dolu bir həftəm olacaq. Niyə 2-ci gün və ya 3-cü gün yox, məhz 1-ci gün işləməliyəm? Çünki ilk gündür və bu bir həftəni mən işləməliyəm, hər hansısa bir işlərin arxasınca getməliyəm və ya hər hansısa bir planlarım var, bu düşüncələr artıq insanları düşündürərək yorur və həftənin pis keçəcəyini düşünürlər. Amma normalda bu insanların inancları ilə əlaqəlidir. Yəni inanıblar ki, 1-ci gün işlərin başladığı gündür, ağır gündür, və bütün işlər həmin gün yüklənir. Daha az iş günü isə şənbə günüdür və istirahət üçün yalnız bazar günü qalır. Bu insanların düşüncəsinə bağlı bir şey olsa belə, bu düşüncələr inanclardan əmələ gəlir. Yəni bəzən yalnış inanclar fərqli cür düşündürür. Fərqli cür düşünən insanlarda fərqli cür davranırlar. Yəni bəlkə də normalda o ağır gün keçirilsəydi bazar gününə, şənbə günü işləməyib bazar günü işləsəydi yenədə həmin effekt yaranacaqdı. Yəni buradanda görünür ki bu insanların inanclarına bağlı bir şeydir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB