Zərdabda narkomaniya və erkən nikaha qarşı maarfiləndirici tədbir keçirlib -FOTO

Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Pərvanlı kənd tam orta məktəbində yuxarı sinif şagirdləri ilə “Narkomaniyaya yox, erkən nikaha və dini radikalizmə qarşı mübarizə” mövzusunda görüş keçirilib.

DİN-dən SİA-ya verilən məlumata görə, tədbirdə Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Gənclər Evinin, eləcə də Uşaq və Ailələrə Dəstək Mərkəzinin nümayəndələri və məktəbin pedaqoji heyəti iştirak ediblər.
Görüşdə RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı mayoru Urman Ağayev çıxış edərək narkomaniyanın ağır sosial bəlaya səbəb olan zərərli hallarından söhbət açıb, narkotik maddələrin insan sağlamlığına və psixologiyasına vurduğu zərər, eləcə də insanda yaratdığı asılılıq barəsində gənclərə ətraflı məlumat verib. O, ölkənin hər yerində narkomanlıqa mübarizənin gücləndirilməsi, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılmasından və bu işdə cəmiyyətin hər bir üzvünün fəallıq göstərməsinin zəruriliyindən danışıb.
Daha sonra çıxış edən iştirakçılar dini radikalizm haqda danışaraq, ölkəmizdə dini azadlığın, tolerantlığın mövcud olduğunu qeyd ediblər. Erkən nikah mövzusuna da toxunan məruzəçilər bu halların doğurduğu mənfi cəhətlərdən və gənc ailələrdə yaratdığı problemlərdən danışıblar.
Tədbirin sonunda narkomaniyanın zərərlərini əks etdirən videoçarx nümayiş olunub, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə