Evlənmək məqsədi ilə qızı zorla qaçırdı

Noyabrın 28-də Yevlax Rayon Polis Şöbəsinə 26 yaşlı qızın evlənmək məqsədi ilə oğurlanması barədə məlumat daxil olub.

DİN-dən SİA-ya verilən məlumata görə, araşdırmalar zamanı qızın rayon sakini Z.M. tərəfindən zorla və iradəsinə zidd olaraq qaçırılması müəyyən olunub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində adam oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə