Daxili İşlər Nazirliyində maarifləndirmə tədbirləri davam etdirilir - FOTO

Qubadlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən rayonun Mahruzlu kənd tam orta məktəbində narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, çıxış edən polis əməkdaşları belə tədbirlərin əhəmiyyətindən söz açıb, məktəblilərə narkotiklərdən uzaq durmağı, vətənpərvərlik ruhunda böyümələri və layiqli vətəndaş olmaları üçün dəyərli tövsiyələr veriblər. Qeyd olunub ki, hər bir şagird öz hüquq və vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq durmalı, gənclərimiz yüksək təhsil almalı cəmiyyətimiz üçün sağlam fərdə çevrilməlidirlər.

Sonda maraq doğuran suallar cavablandırılıb.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə