Aİ-dan Şimali Kiprin ​müşahidəçi ölkə kimi seçilməsinə reaksiya - TÜRKİYƏDƏN CAVAB

Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipri ​​müşahidəçi ölkə kimi qəbul etdiklərinə görə üzv dövlətlərə təşəkkür edib. SİA xəbər verir ki, Avropa İttifaqı (Aİ) Şimali Kipr Türk Respublikasının (KKTC) Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzv qəbul edilməsini tənqid edib. Eyni zamanda, Kiprin beynəlxalq arenada tanınması istiqamətində atılan addım kimi qiymətləndirib. Bu bəyanatlar rəsmi Ankaranın reaksiyasına səbəb olub.

“Üzv dövlətlərin parlamentləri tərəfindən qəbul edilməsini gözləyən bu qərar təəssüf doğurur və təşkilatın bəzi üzvlərinin ərazi bütövlüyü prinsipinə və Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə sadiqliyinə güclü dəstəyi ilə ziddiyyət təşkil edir. Kipr türk hissəsinin beynəlxalq səviyyədə tanınması məsələsində atılan hər hansı addımın BMT-nin nəzarəti altında yenidən başlamağa çalışılan danışıqlara zərər verəcək" - Avropa İttifaqından bildiriblər.

Aİ sözçüsü Peter Stanok qeyd edib ki, Aİ-nin yalnız Kipr Respublikasını legitim dövlət kimi tanıdığını deyib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə