"İran Azərbaycana qarşı belə təxribatlar törədəcək" - SİYASİ EKSPERT RƏY BİLDİRDİ

"İran tərəfindən Azərbaycana qarşı kütləvi informasiya vasitələrindən başlanan bu kompaniya günün faktı deyil. Biz 30 il ərzində fasilələrlə bunu müxtəlif illərdə görmüşük ki, Azərbaycanın milli maraqlarına və milli təhlükəsizliyinə qarşı təhdidlər səsləndirilməsi, kütləvi informasiyalar daim Azərbaycan ərazisini İran ərazisi kimi göstərilməsi, Xəzər dənizinin Mazandaran gölü kimi adlandırılması, bu faktları biz 30 il ərzində daim İran tərəfindən görmüşük". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Amid Əliyev deyib:

Onun sözlərinə görə, 1-ci və 2-ci Qarabağ müharibəsi zamanı İran tərəfindən Azərbaycana qarşı iki üzlü riyakar siyasətin həyata keçirildiyinində şahidi olmuşuq: "Özünü islam dövləti adlandıran İran hər zaman Azərbaycan dövlətinə qarşı düşmənçilik edən Ermənistana hər zaman qucaq açıb. 30 il ərzində İran Ermənistana enerji təminatı ilə kömək edib, silahlandırma yardımında maliyyə dəstəyi göstərib. İran 30 il ərzində işğal olunmuş ərazilərimizdə narkotrafik tərkibli bitkilərin becərilməsi və emalı ilə məşğul olub. Azərbaycan bölgədə yeni siyasi reallıq yaratdıqdan, qalib dövlət olduqdan sonra İranda Azərbaycana qarşı qıcıq hissləri, qısqanclıq hissləri, qələbəmizi həzm etməməsi və Zəngəzur dəhlizinin açılmağını heç zaman istəməmişdir".

Siyasi ekspert fikirlərinə davam edərək həmçinin qeyd edib ki, İran heç bir zaman "Zəngəzur dəhlizi" lahiyəsinin reallaşmasını istəmir: "Çünki burada onun iqtisadi maraqları var və bu dəhliz açılarsa o zaman İran həmin iqtisadi maraqlarını itirəcək. Nədir bu iqtisadi maraq? Bildiyiniz kimi İran Ermənistan vasitəsi ilə Gürcüstana oradan da Qara dəniz vasitəsi ilə digər ölkələrə çıxışı var və Zəngəzur dəhlizinin açılmasıylada bu çıxışı itirmək təhlükəsi var. Ancaq bunun əksi olaraq Azərbaycan hər zaman bölgədə qonşu ölkələrlə mehriban qonşuluq münasibətlərinin saxlanmasına və bu münasibətlərin davam etdirilməsinin tərəfdarı olub. İran tərəfindən Azərbaycana qarşı istər kütləvi informasiya vasitələri ilə istərsə də radikal dini qol vasitəsi ilə və siyasi dairələr vasitəsi ilə bu təzyiqlər Zəngəzur Dəhlizi lahiyəsi reallaşana qədər davam edəcək. İran çox güman ki, Azərbaycanla Ermənistan arasında qarşılıqlı sülh sazişinin imzalanmasınada qarşı çıxacaq. Çünki, bütün bu qeyd olunan hallar bir dövlət kimi İranın nüfuzuna, regionda roluna təsir edə bilər. Yenə qeyd etmək istəyirəm ki, Zəngəzur lahiyəsi reallaşana qədər İran son nöqtəyə qədər Azərbaycana qarşı belə təxribatlar törədəcək".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə