"İran tərəfinin son iki ildə publik səviyyədə Azərbaycana qarşı hücuma keçməsi, Azərbaycanın açıq-aşkar şəkildə torpaqlarını sual altında qoyması Bakı dövləti, Şirvan kimi saxta ifadələrdən istifadə etməsinin şahidi oluruq". Bu sözləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda Ermənistanı himayə etməsi Azərbaycan ictimaiyyətinin diqqətindən yayınmayan məsələdir: "İran Şərqi Zəngəzurun azad edilməsindən sonra Cənubi Qafqazdakı proseslər İrana da sıçrayar. Hərçənd Azərbaycan tərəfi İrana təklif edib ki, yeni proseslərdə iştirak etsin və yeni proseslərə öz töhfəsini versin. Tehran yeni proseslərə töhfə vermək əvəzinə, suları bulandırmaqla məşğuldur. Əgər İran tərəfi Azərbaycan və Ermənistan arasında demarkasiya prosesinə töhfə vermək istəyirsə, o zaman Qarabağdan erməni hərbi birləşmələri tamamilə çıxarılsın. Ermənistana təzyiq etməlidir, lakin heç nə etmir. İran 30 il ərzində Ermənistan işğalçılarını gözqorxutması ilə bağlı nəsə hərəkət etmədi. Uydurma bəhanələr, sadəcə, gülüş xarakterlidir. İranın Araz çayı üzərində körpü salmaq istəyi, yalnız azərbaycanlıları birləşdirəcək. Azərbaycan istəyində qalır regionda sülh olmalıdır. Köhnə fikirlər aradan qaldırılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB