Ermənistanın son çırpınışlarına dünya inanmır! - QHT RƏSMİSİ ŞƏRH ETDİ
"Ermənistan hər zaman manevr edərək özünə sərfəli variantları əldə etmək üçün Fransadan və Qərbin digər dövlətlərindən dəstək almağa çalışır". Bu sözləri SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.
Onun sözlərinə görə, Praqa görüşündə Azərbaycan diplomatiyasının uğurunu qeyd etməmək olmaz: " Cənab prezident İlham Əliyevin qətiyyətli siyasəti və həm milli, həm də dövlət maraqlarına xidmət edən siyasəti Praqa görüşündə özünü göstərdi. Beş saatdan artıq davam edən həm sabah, həm axşam davam görüşlər zamanı hiss edilirdi ki, Paşinyan əvvəlcədən həm Avropa İttifaqından, həm də Fransadan özləri üçün faydalı ola biləcək müəyyən məqamlarda dəstək əldə etməyə çalışır. Brüssel və Moskva görüşlərində də bu cəhdlərin şahidi olmuşduq. Görülən odur ki, Cənab prezidentin mövqeyi bu cür hiylə və yalanların qarşısını almağa qadir oldu. Azərbaycan üçün uğurlu olan 4 tərəfli bəyanatın verilməsinə nail ola bildi".
Çingiz Qənizadə sözlərinə əlavə edərək qeyd edərək bildirdi ki, bundan sonra bu bəyanat erməni cəmiyyətinə və Qarabağda olan erməni separatçılarına olan mesaj idi ki, artıq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü Ermənsitan rəhbərliyi tərəfindən tanınırsa, onda bütün cəhdlər mənasızdır və məsuliyyət Ermənistanın üzərinə düşəcək: "Artıq Arayik Artutyanın istefa tələbi ilə Xankəndində keçirilən dünənki tədbirlər, Arayikin Ermənistana getməsi və Ermənistan baş naziri Paşinyanın təhlükəsizlik şurasını çağırması Azərbaycan diplomatiyası və Prezidentin yüksəlişə doğru gedən diplomatik gedişlərinin Praqada əldə edilmiş qələbələrinin həzm edilməməsi ilə bağlıdır. Artıq Ermənistanın son çırpınışlarıdır. Ermənistanın göz yaşlarına dünya ictimaiyyəti inanmır. Ümid edirəm ki, Qarabağda yaşayan ermənilərlə bağlı məsələlər tənzimlənəcək və erməni silahlı birləşmələri Azərbaycandan çıxarılacaq. Burada yaşamaq istəyən ermənilər isə Azərbaycan vətəndaşlığını qəbul edəcək. Eyni zamanda sülh sazişi bağlanaraq sərhədlər delimitasiya və demarkasiya ediləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB