"Ermənistan sülhə hazırlıq olmadıqca bu təxribatlar davam edəcək" - POLİTOLOQ ŞƏRH ETDİ

" Sülh danışıqlarına heç bir alternativ yoxdur və ola bilməz". Bu sözləri SİA-ya açıqlamasında Politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, toqquşmalar Ermənistanın təxribatları ilə qızışdırılır: "Ermənistan rəhbərliyi sülh danışıqlarının aparılması prosesində asta davranır. Ermənistan rəhbərliyi və hakimiyyəti özünün verdiyi suveren qərarları qəbul etmək iqtidarında deyil. Ermənistanın bu prosesində həmişə sağdan, soldan dəstək göstərənlər var. Onların hərəsi Ermənistanı ayrı yönlərə çəkir. Ermənistan özünün subyektliyini itirə-itirə gedən dövlətdir. Ermənistan hələdə müstəqil qərar qəbul etmək iqtidarında deyil. Bu bacarıq onda yoxdur. Vaxtı ilə hakimiyyətdə olan Robert Koçaryan, Serj Sarkisyanın yerinə gələn Nikol Paşinyan da bir qayda olaraq göstərirlər ki, Ermənistanın bir neçə ağası var. İlk növbədə bu Ermənistan kilsəsidir. O dini təchizatdan sözün əsl mənasında hərbi siyasi təchizata çevrilib. Təsadüfi deyil ki, 44 günlük müharibədə Ermənistanın paytaxtı İrəvanda gedən nümayişdə görürdük ki, din xadimləri boyunlarından avtomat asıb marş edirdilər. Bu özülüyündə dinə hörmətsizlikdir. Digər tərəfdən diaspora təşkilatları Ermənistanın normal bir mövqe tutmasını istəyirlərsə, Ermənistana silah gəlişini dayandırmalıdırlar. Ermənistan tərəfi normal, mehriban qonşuluq sərgiləməlidir. Azərbaycan və Türkiyə inkişafa meyillidirlər. Ermənistanın gündəliyi isə qarşıdurma tələblərindən ibarətdir. Ona görə revanşitlər baş qaldırırlar ki, müharibə bitməməli, davam etdirilməlidir. Ermənistan yenidən meydana çıxmağa çalışır. Ancaq bunun nəticəsində Azərbaycan Ermənistanın dərsin verərək, yerində otuzdurur. Ermənistan Azərbaycan sərhəddindəki təxribatların şahid olduq. Azərbaycan Silahlı Qüvvələri bir daha göstərdi ki, Ermənistan tərəfindən gələn hər bir təhdidin və təxribatın qarşısını alacağıq".

Politoloq sözlərinə əlavə edərək bildirib ki, ermənilər təxribatlara əl atmaqla böyük qüvvə itirdilər: "Onlara Azərbaycan tərəfi lazımi xəbərdarlığı edib. Bildirilir ki, Azərbaycan tam sülhə hazırdır. Əgər Ermənistan tərəfindən sülhə hazırlıq olmayacaqsa bu təxribatlar yenidən davam ediləcək və hər dəfə dərslərini alacaqlar. Odur ki, bu proseslər zamanı Ermənistan gərək heç kəsi günahlandırmasın. Həm özünü, həm də kənarda fətfa verənlər qüvvələr günahlandırılmalıdır. Bu qüvvələr Azərbaycan və Türkiyənin Ermənistanla sülh içində olmasını yasaq hesab edirlər. Bölgəmizdə sülhün açarı Azərbaycandadır. Yəni, Azərbaycan bütün proseslərin nəzarətini öz əlində saxlayıb. Bundan sonra Ermənistan nə qədər silahlansa belə, bunun heç bir onlara xeyri yoxdur. Çünki müharibənin nəticələri göz önündədir. Azərbaycan güclü dövlətdir, əgər onlar özlərinin salamatçılığını istəyirlərsə Azərbaycanın prinsiplərinə əməl etməlidirlər. Ermənistan sülh danışıqlarının aparılması zamanı yalandan “hə” deyir, lakin hərəkətə keçmirlər. Bunun müqabilində çalışırlar ki, Azərbaycanı dünya birliyi qarşısında "qara boya"larla təqdim etsinlər".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə