"Ermənistanda dövlətçilik ənənəsi yoxdur" DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Ermənistan dövləti yaranan gündən xülyalar və yalanlar üzərində qurulub". Bu sözləri SİA-ya açıqlamasında deputat Sadiq Qurbanov deyib.
Onun sözlərinə görə, erməniləri idarə edənlər həmişə öz sözlərinin üzərində durmayan rəhbərlər olub: " Yaxın tarixə baxsaq, bir daha bu faktların şahidi olarıq. Köçəryan, Sarkisyan və ondan öncəkilərin dövründə də görmək olar. Paşinyan da bu yalan üzərində qurulan siyasəti davam etdirir. Ümumiyyətlə, belə nəticə çıxır ki, ermənilərə etibar etmək olmaz. Ermənistan artıq bilirsiniz ki, 2020-ci ilin noyabrında kapitulyasiya aktına imza atdı. Kapitulyasiyanın mahiyyəti bundan ibarətdir ki, bir tərəf məğlub olduğunu qəbul edir və digər tərəfin şərtləri ilə razılaşır. Məğlub tərəf şərtləri qəbul edərək öhdəlikləri yerinə yetirməyə məcbur olur. Azərbaycan tərəfi 5 şərt irəli sürür. Azərbaycanın irəli sürdüyü bu şərtlər çox humanist şərtlər idi. Bu, regionda sabitliyin əldə edilməsi və hər bir region dövlətinin inkişafına hesablanmış şərtlərdir".
Deputat sözlərinə əlavə edərək bildirib ki, ermənilər buna baxmayaraq revanşist hərəkətlər etməklə təxribatlar törətməyə cəhd etdilər: "Amma bu, ermənilərlə yanaşı, eyni zamanda, erməniləri müdafiə edən, qızışdıran və onları hər zaman öz forpostu kimi görmək istəyən dövlətlərin də bu prosesdə rolu az deyil. Onlar maraqlıdır ki, regionda daima münaqişə olsun və onlar öz maraqlarını bir formada təmin etsinlər. Onlar unudurlar ki, Azərbaycan artıq 1991-1992-ci illərdəki Azərbaycan deyil. Azərbaycan gün keçdikcə daha çox güclənir və qüdrəti artır. Azərbaycan beynəlxalq münasibətlər sistemində öz sözünü deyən dövlətdir. Onlar Azərbaycanı hansısa formada gözdən salmağı planlayırlar. Burada çox nüanslar ola bilər. Məhz niyə Şanxay Əməkdaşlıq təşkilatının sammitinin keçirildiyi ərəfəyədə bu təxribatlar baş verir? Azərbaycan hələ ki, qarşılıqlı sərhədlərin tanınması prosesi baş verməyib. Azərbaycan öz mövqelərini yuxarı çəkərək zirvələri nəzarətə götürüb. Paşinyan üçün erməni xalqının əsgərləri o qədər də maraqlı deyil, yəni ona erməni əsgərlərinin toyuq kimi qırılmasının fərqi yoxdur. Axı bilirsiniz ki, noyabra qədər sülh sazişinin ilkin variantı hazırlanmalıdır. Ermənilər bu prosesi ləngitməyə və vaxt qazanmağa hesablanmış təxribatlardır. Əgər ona imza atarsa, daxildə devrilmək məsələsi Paşinyanı qorxudur. Ermənilər 44 gündə heç bir müqavimət göstərə bilmədilər. Azərbaycan ordusu 44 gündə işğalda olan ərazilərini azad etdi. Ermənilər hesablamışdı ki, iki il ərzində Azərbaycana düşmən olan ölkələrdən silah və hərbi texnika almaqla güclənərək bizi məğlub etməyi düşünürdülər. Lakin Azərbaycanın dəmir yumruğunu unudublar. Azərbaycanda xalq və dövlət birliyini unudublar. Özlərində isə bu olmadığı üçün eyni 44 günlük müharibədəki kimi Paşinyan başqalarına zəng etməklə carə axtarır. Ermənistanda dövlətçilik ənənəsi yoxdur. Ermənistan daima hansısa qüvvələrə sığınmaqla özlərinə yer tapmağa çalışırlar. Ermənilər başqa dövlətin forpostu olmaqla, başqa dövlətlərə xidmət etməklə özlərinin mövcudluğunu qoruyub saxlayırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB