Azərbaycanın uğurlu siyasətinə kölgə salmaq olmaz POLİTOLOQ ŞƏRH ETDİ

"Sentyabr ayının 12-dən 13-nə keçən gecə Ermənistan Azərbaycan sərhədində erməni silahlı qüvvələri tərəfindən törədilən təxribatlar, vətən müharibəsindən qısa müddət öncə 2020-ci ilin iyul ayının 12-sində Tovuz rayonu ərazisində erməni silahlı qüvvələri tərəfindən törədilən hərbi cinayətləri və təxribatları yada salır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Onun sözlərinə görə, Ermənistan həmin dövrdə də Azərbaycanla Ermənistan sərhədində təxribatlar törətməklə Azərbaycanın beynəlxalq səviyyədə diplomatiya sayəsində əldə olunan uğurlarına kölgə salmaq və yeni hərbi siyasi şərait formalaşdırmaqla öz maraqlarını təmin etməyə çalışırdı: "Amma Azərbaycan ordusunun həmin dövrdə də göstərdiyi şücayət və qısa müddət ərzində erməni hərbi birləşmələrinə qarşı vurduğu zərbələr Ermənistan ordusuna Azərbaycanın gücünü, imkanlarını göstərməklə yanaşı, beynəlxalq ictimaiyyətin gözündə Ermənistanın təcavüzkar mahiyyətini bir daha göstərmiş oldu. Sentyabr ayının 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribatlarda da Ermənistan, əslində, 12 iyul 2020 -ci il tarixindəki hadisələri zamanı güddüyü məqsədləri yenə qarşısına hədəf kimi qoyub. Ermənistan yeni hərbi siyasi şərait formalaşdırmaqla Azərbaycanın dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların gözü qarşısında Ermənistana qarşı apardığı səmərəli və uğurlu mübarizəyə kölgə salmaq niyyətindədir. Ermənistan özü üçün yeni imkanlar çalışırdı. Amma Azərbaycan ordusunun qısa müddət ərzində davam etdirdiyi 7 saat davam edən əks həmləsi ilə Ermənistan ordusuna çox ciddi zərbə vuruldu. Həm canlı qüvvə, həm də texnika hərbi bazaların məhv edilməsi baxımından Ermənistan ordusuna çox ciddi psixoloji zərbə oldu. Onlara aydındır ki, hərbi müstəvidə səngərlərdə Azərbaycan ordusunun qarşısında dayana biləcək Ermənistanda güc mövcud deyil. Azərbaycana qarşı təxribat törətsələr belə, ordumuza maneə ola bilməzlər. Azərbaycan əsgəri anındaca ölümün gözünə dik baxaraq bütün təxribatlara adekvat cavab vermək gücündədir. Baş verən hadisələr Ermənistanın bir daha hədəflərinin, planlarının puça çıxdığını göstərir. Beynəlxalq ictimaiyyətin sərgilədiyi mövqe də bu fikri əsaslandırır. Təbii ki, kiçik istisnalar var. Eyni zamanda, bu zərbələr Ermənistan cəmiyyətində yaratdığı əks reaksiya Azərbaycanın öz hədəflərinə nail olduğunu bundan sonra da törədiləcək təxribatların yerindəcə məhv ediləcəyini, sıradan çıxacağını bir daha nümayiş etdirmiş oldu. Ermənsitan xüsusilə sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı üzərinə götürdüyü öhdəliklərdən yayınmaq üçün törətdiyi təxribatların nəticəsi olaraq qısa müddət ərzində sülh müqaviləsinin bağlanması ilə bağlı real addımların atması məcburiyyətində qalacaq. Bu, yalnız Azərbaycan ordusunun öz gücü ilə deyil, həm də beynəlxalq aləmdə həyata keçirilən uğurlu mübarizənin nəticəsi kimi baş verəcəkdir".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə