Narkotik vasitələr ilə mübarizə necə aparılır? QURUM RƏSMİSİ AÇIQLADI

“Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısını almaq məqsədilə daxili işlər orqanlarına daxil olan müraciətlərlə bağlı əməliyyat-axtarış, əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.

Onun sözlərinə görə, hər bir daxil olan müraciət araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun olaraq təmin edilir: “Nəzərinizə çatdıraq ki, 2022-ci ilin ilk 8 ayı ərzində keçirilən tədbirlər nəticəsində ümumi çəkisi 2 ton 740 kiloqram olmaqla 1 ton 296 kiloqram heroin, 1 ton 176 kiloqram marixuana, həmçinin 139 kiloqram tiryək qanunsuz dövriyyədən çıxarılıb. Keçirilən tədbirlərlə cari ilin 8 ayı ərzində 286 kiloqram psixotrop maddə olan metamfetaminin realizə olunmasının qarşısı alınıb. Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən mübarizə tədbirləri nəticəsində ötən ilin analoji dövrü ilə müqayisədə 245 kiloqram narkotik vasitə və 167 kiloqram metamfetamin daha çox aşkar edilərək dövriyyədən çıxarılıb”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə