"Ermənistan məcburən də olsa Azərbaycanla razılaşmalıdır" POLİTOLOQ AÇIQLADI

"Avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşdə sülh sazişinin imzalanması və komissiya tərkibinin müəyyən edilməsi müzakirə ediləcək". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Azərbaycan Prezidenti İlham Əliyev nikbin əhval- ruhiyyə ilə görüşdə iştirak edəcəklər: "Çünki regionda növbəti addımların atılmasına zərurət yaranıb. Bu isə kommunikasiyaların açılması, Qarabağda infrastrukturunun bərpasına, həm də Ermənistana özünü təcrid etdiyi iqtisadi blokadadan çıxarmağa, layihələrə qoşulmasına imkan vermiş olacaq. Digər tərəfdən böyük Sülh sazişinin üzərində iş aparılması da onu göstərir ki, tərəflər münaqişə gündəliyini keçmişdə qoyub. Yeni münasibətlərin qurulmasında maraqlıdırlar. Daha çox maraq göstərən təbii ki, Azərbaycan tərəfidir. Ermənistan məcburən də olsa Azərbaycanla razılaşmalıdır. Çünki başqa çıxış yolu yoxdur. Avropa İttifaqının prezidenti Şarl Mişelin təkidi ilə bu addımların atılmasına məcbur olacaq".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə