"Azərbaycanla üzləşdikdə siçan kimi gizlənirlər" POLİTOLOQ AÇIQLADI

"Rusiya və Ermənistan arasındakı ziddiyyətlərin dərin kökləri var". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib. Politoloq qeyd edib ki, müasir dönəmdə rəsmi İrəvan və erməni cəmiyyəti, dünyadakı ermənilər Rusiyadan inciyiblər ki, Qarabağ müharibəsində erməni tərəfinə dəstək verməyiblər: "Adi vaxtlarda ermənilər bəyan edirdilər ki, biz güclü ölkəyik, bizim güclü ordumuz var. Lakin Azərbaycanla üzləşdikdə siçan kimi gizlənib, Rusiyaya kömək üçün yalvarırdılar. Bu, bir daha onu göstərir ki, Birinci Qarabağ müharibəsində onların əvəzinə Rusiyanın 366-cı alayı və Rusiyanın dəstələri onlar tərəfindən vuruşurdular. Rusiyalı məşhur jurnalist Aleksandr Nevzorovun həm açıqlaması, həm yazısı, həm də müraciəti var. İndiki məqamda biz görürük ki, Ermənistanda Rusiya fobiya meyilləri həddən artıq güclənib. Bilirsiniz ki, ABŞ mərkəzi kəşfiyyat idarəsinin rəhbərinin İrəvana səfərindən sonra Ermənistan Rusiya ilə soyuq müharibəyə başladı. Bu soyuq müharibənin çox böyük səbəbləri var. Düşünürəm ki, üçüncü qüvvə kimi ABŞ Ermənistanla Rusiyanı üz-üzə qoymaq istəyindədir. Prosesdə Ermənistan yenə də nankorluq etməkdə davam edir. Çünki Ermənistanın ümumiyyətlə, subyekt kimi ərsəyə gəlməsi Rusiyanın layihəsidir. Əvvəlcə Çar Rusiyası, sonra bolşevik Rusiyasının, nəhayət, indiki Post-Sovet Rusiya Federasiyasının aslılığında olub. Ona görə də əgər Ermənistanda Rusiya fobiya daha da güclənsə, Ermənistan çox böyük peşmançılıq yaşayacaq. Ermənistanın varlığı Rusiya ilə bağlıdır. Ermənistan başlarını aşağı salaraq Qafqazda sülh siyasəti ilə razılaşmalıdırlar. Belə olmasa, Ermənistan bir dövlət kimi silinib gedəcək".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə