"Azərbaycanın regionda şərtləri diktə etməyi Ermənistan tərəfindən qıcıqla qarşılanır" POLİTOLOQ ŞƏRH ETDİ

"Ermənistan Azərbaycanla danışıqlar prosesini provakasiya etməyə cəhdlər göstərir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Politoloq Tural İsmayılov bildirib ki, bütövlükdə qalib tərəf kimi Azərbaycanın regionda şərtləri diktə etməyi Ermənistan tərəfindən qıcıqla qarşılanır: "Həm Ermənistan, həm də xaricdəki erməni lobbisi tərəfindən Azərbaycan və Türkiyə münasibətləri sabotaj edilməyə çalışılır. Bu baxımdan, Azərbaycan əleyhinə dezinformasiyaların Ermənistanda yayılması Ermənistanın hələ də faşist mahiyyətindən əl çəkmədiyini göstərir".

O sözlərinə əlavə edərək qeyd edib ki, Azərbaycan nə qədər Cənubi Qafqazda sülh, etimad mühiti və eyni zamanda, gələcəkdə Ermənistanla münasibətlərin yaxşı olmağının vacibliyini vurğulasa da, Ermənistan buna uyğun adekvat addımlar atmır: "Nəticədə, Ermənistanda hələ də Azərbaycan və Türkiyəyə nifrət leksikonu və iki ölkəyə "fakenews" istehsalı geniş həcmdə davam etdirilir. Bu prosesin yekunlaşması iki ölkə arasındakı münasibəti tədricən normallaşdıra bilər. Lakin görünən odur ki, Ermənistan Türkiyə və Azərbaycana qarşı kompanıyanı dayandırmaq istəmir".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...