"Şərt bəllidir ki, heç bir status, heç bir imtiyaz ermənilər üçün nəzərdə tutulmayıb" POLİTOLOQ AÇIQLADI

"Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi zamanı çox vacib məqamlara toxundu. Həm daxili siyasətin sosial, iqtisadi məsələlərinə aid olan hissə həm də xarici siyasətlə bağlı olan hissəni aid etmək olar. Daxili siyasətlə bağlı hissədə ərzaq təhlükəsizliyi ilə bağlı olan məsələyə prezident xüsusi önəm verib". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda aparılan işlər o cümlədən aqrar parkların yaradılması buna xidmət göstərir ki, yaxın gələcəkdə ərzaqla olan problemləri Azərbaycan öz daxili gücü hesabına həll edəcək: "Ağsuda iri aqroparka gəldikdə isə prezident qeyd etdi ki, həmin aqropark Şirvan rayonunun iqtisadiyyatında rol oynayacaq, həm də Azərbaycanda fəaliyyət göstərən digər aqroparklarla yanaşı, Azərbaycanın ərzaq təhlükəsizliyinə öz töhfəsini verir. Ağsu aqroparkı iri və orta buynuzlu heyvandarlıqla məşğul olan aqroparkdır. Bu aqroparkda yaradılan şərait imkanlar ət və süd məhsullarının istehsalına geniş şərait yaradacaq. Ərzaq təhlükəsizliyi zamanı danışarkən Prezident vurğuladı ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgəsində münbit şərait var ki, Azərbaycan taxıl əksin. Taxılın bu ərazilərdə yetişdirilməsi bizə imkanlar yaradacaq ki, un və un məhsullarını böyük hissəsini daxili güc hesabına həll edə bilək".

İlqar Vəlizadə sözlərinə əlavə edərək qeyd edib ki, Azərbaycan və Ermənistan münasibətlərindən prezidentimiz söhbət açarkən vurğuladı ki, Ermənistan gərək öz dekstrutiv siyasətindən əl çəksin və Azərbaycanla konstruktiv dialoq başlatsın: "Üçtərəfli saziş irəli gələn öhdəliyində olan bütün məsələləri Azərbaycan yerinə yetirib, lakin Ermənistan tərəfi qeyd edilən müdəaları bağlı öz öhdəliklərini yerinə yetirmir. Nəticə etibarı ilə bu, gərginliyə səbəb olur. Buna misal olaraq Laçın dəhlizi ilə bağlı olan gərginliyi göstərə bilərik. Azərbaycan üçtərəfli sazişin dördüncü bəndinə əsasən, öz ərazindən Laçın dəhlizinə alternativ yol çəkib. Ermənistan tərəfi öz ərazindən bu yola bitişik olan yolu çəkməyib. Son nəticə olaraq, Ermənistan Laçın dəhlizindən istifadə etməyə məhrumolma təhlükəsi ilə üz-üzə qalıb. Baxmayaraq ki, vaxtilə Azərbaycan təklif etmişdi ki, Ermənistan ərazindən keçən yolun bir hissəsini Azərbaycan tiksin. Ermənilər bundan imtina etdilər və nəticədə acizliklə Azərbaycana və sülhməramlılara müraciət edərək vaxt tələb etdilər. Əlavə vaxt ərzində Laçında qeyri-qanuni məskunlaşmış insanlar çıxarılsın və Ermənistan ərazindən keçən yolun bir hissəsini onlar tiksinlər. Laçında məskunlaşan ermənilərin oradan çıxarılmasına imkanlar yaratmışıq. Lakin ermənilər öz xasiyyətlərindən əl çəkməyərək vaxtilə zəbt etdikləri evləri yandırıb məhv edirlər. Bu da onu göstərir ki, müharibənin bitməsindən xeyli vaxt keçməsinə baxmayaraq Ermənistan tərəfi və erməni əhalisi reallıqları olduğu kimi qəbul etmirlər. Hətta Azərbaycanla siyasi alver aparmaq istəyindədirlər. Azərbaycan bu siyasi alverə icazə verməyəcək, ermənilərlə olan ziddiyyətli məsələləri razılaşaraq və ya onların şərtləri ilə prosesə qoşula bilmərik. Şərtlər hər kəs üçün açıqdır. Azərbaycanın ərazi və sərhəd bütövlüyünün tanınmasıdır. Bu istiqamətdə işlər çox ləng gedir. Cənab prezident də vurğuladı ki, bu ləngimə ermənilərin xeyrinə olmayacaq. Qarabağda yaşayan ermənilər həqiqətən normal şəkildə yaşamaq istəyirsə, Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Şərt bəllidir ki, heç bir status, heç bir imtiyaz onlar üçün nəzərdə tutulmayıb. Bu mesajlar dünya ictimaiyyətində, moderator rolunda çıxış edən ölkələrdə və Ermənistanda eşidilib".

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...