Levan Osidze: “Ermənilər gürcü xalqına qarşı soyqırım törədiblər”

Gürcüstan politoloqu, professor Levan Osidze “Caliber.Az”-a müsahibəsində ermənilərin Qafqazdakı vəhşilikləri ilə bağlı maraqlı faktlar açıqlayıb. Müsahibədən bir hissəni oxucularımıza təqdim edirik.

Abxaziya müharibəsində ermənilərin rolu ilə bağlı suala cavabında politoloq bildirib ki, o müharibədə erməni “Baqramyan” batalyonu da iştirak edib: “Gürcülər Abxaziyadan qovulduqdan sonra ermənilər orada çoxluq təşkil etdilər. Gürcüləri öldürdülər, işgəncə verdilər, başlarını kəsdilər, başları ilə futbol oynadılar. Bunlar sadəcə sözlər deyil, bütün bu hadisələr sənədləşdirilmişdir. Bunu Gürcüstan Baş Prokurorluğunun 200 cildlik materialı sübut edir. Abxaziyada ermənilər gürcü xalqına qarşı soyqırım törədiblər.

Hazırda Gürcüstan hökumətində çoxlu erməni əsilli adamlar var. Mən bu məsələni bütün beynəlxalq forumlarda qaldırıram. Məsələn, ermənilər bu yaxınlarda Abxaziyada onlara mədəni muxtariyyət verilməsi məsələsini qaldırdılar, Qara dənizə çıxış əldə etmək üçün hər şeyə hazırdırlar”.

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə