Paşinyan hakimiyyətini yıxıb onun yerinə keçmək istəyirlər - DEPUTAT ŞƏRH ETDİ

"Ermənistanın hazırkı iqtidarı Azərbaycanla sülh müqaviləsinin bağlanmasında ona görə maraqlıdır ki, onlar bütün reallığı, bütün gizli məlumatları bilirlər". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev bildirib.

Onun sözlərinə görə, onlar region dövlətlərinin, beynəlxalq təşkilatların mövqeyini bilir: "Təbii ki, Rusiya Ukrayna müharibəsindən də dərs aldıqları göz qabağındadır. Ona görə də onlar tez bir zamanda münaqişəni həll edib kommunikasiyaları açıb Ermənistanın iqtisadi inkişafını yüksəltməyə çalışırlar. Revanşist qüvvələr də ona görə fəallaşıb ki, bu proseslərin qarşısını alsın. Çünki bu sülh müqaviləsi bağlansa Azərbaycanla Ermənistan arasında, o cümlədən Türkiyə arasında münasibətlər yaxşılaşarsa kommunikasiyalar açılacaq. Bunun nəticəsində də Ermənistanda iqtisadi yüksəliş də gözlənilən olacaq. Bu da təbii ki, Paşinyanın maraqlarına uyğundur. Sülh müqaviləsinin bağlanmasından sonra həm Azərbaycana, həm Ermənistana sərmayələrin qoyulması gözlənilən proseslərdən olacaq. Revanşist qüvvələr isə bunu istəmir. Hazırda onların hakimiyyətə gəlməsi üçün Qarabağ kartından istifadə etmək onlar üçün əlverişlidir. Bundan istifadə edərək Paşinyan hakimiyyətini yıxıb onun yerinə keçmək istəyirlər”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə