Ermənistanın hansısa şərt irəli sürməyə mənəvi-siyasi haqqı yoxdur - POLİTOLOQ AÇIQLADI

"Paşinyanın son vaxtlar sərgilədiyi irrasional ritorika sülh danışıqlarının irəliləməsinə ciddi maneələr yarada bilər". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Ceyhun Əhmədli bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Qarabağla bağlı mövqeyi kifayət qədər aydın və birmənalıdır: "Ermənistan Azərbaycana qarşı bütün ərazi iddialarından əl çəkməli və Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanımalıdır. Məsələ bu qədər sadə və bəsitdir. Biz haqlı mövqeyimizdən bir addım belə olsun geri çəkilməyəcəyik. Qalib dövlət kimi şərtləri yalnız biz diqtə edirik. Ermənistanın hansısa bir şərt irəli sürməyə mənəvi-siyasi haqqı yoxdur. Görünür, Paşinyan Qarabağla bağlı sərsəm təkliflər irəli sürməklə öz sələflərinin yol verdiyi səhvləri təkrarlamaq niyyətindədir.

Status məsələsinin yenidən gündəmə gətirilməsi Ermənistana yalnız mənfi nəticələr vəd edə bilər. Əhalisi səfalət içində yaşayan, iqtisadi böhran içərisində çabalayan Ermənistan üçün yeganə çıxış yolu Azərbaycanın diqtə etdiyi şərtləri yerinə yetirməkdir. Nə qədər paradoksal səslənsə də, bu, ən çox erməni xalqının mənafeyinə xidmət edir. Çünki münaqişə vəziyyəti onları bütün inkişaf layihələrindən kənarda qoyub. Azərbaycanın şərtləri isə son nəticədə Ermənistanın regional inkişaf layihələrinə qoşulmasını təmin edəcək. Əgər Paşinyan hakimiyyəti həqiqətən də erməni xalqının mənafeyini düşünürsə, sərsəm təkliflərini kənara qoyub, tez bir zamanda Azərbaycanın şərtlərini yerinə yetirməlidir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...